Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edilən, 31 ildən sonra dəfn yeri və kimliyi müəyyən edilən şəhid Əkbərov İxtiyar Huseyn  oğlunun nəşinin qalıqları ailəsinə təhvil verilib.

"Unikal" xəbər verir ki, şəhid  İxtiyar Əkbərovla Gəncə şəhərində yaşadığı evdə vida mərasimi keçirilib. Şəhidin nəşinin qalıqları Gəncənin şəhidlər xiyabanında  dəfn olunub.

Dəfn mərasimində Şəhər  İcra Hakimiyyətinin, hüquq-mühafizə orqanlarının rəhbərliyi, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin nümayəndələri iştrak edib. İxtiyar Əkbərov 1993-cü ildə  Ağdərə rayonunda gedən döyüşlərdə şəhid olub. Onun Tərtərdəki Şəhidlər Xiyabanında naməlum şəhid kimi dəfn olunduğu aşkarlanıb və kimliyi müəyyən edilib.

Tural Əhmədov