Ədliyyə Nazirliyində yeni təyinatlar olub.

"Unikal" xəbər verir ki, bu barədə ədliyyə naziri Fərid Əhmədov müvafiq əmrlər imzalayıb.

Əmrə əsasən, Elşad Məmmədli Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilib.

Digər əmrlə, Vüqar Ağayev Probasiya xidmətinin rəisi təyin edilib.

Nazirliyin Mətbuat xidmətinin rəisi vəzifəsinin müvəqqəti icrası isə Ləman Hüseynzadəyə həvalə edilib.