Yasamal Rayon İcra Hakimiyyətinin və A.Hüseynzadə adına 20 saylı məktəb-liseyin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili“nə həsr olunmuş “Nəfəs” adlı pantomim tamaşa nümayiş olunub.

"Unikal" xəbər verir ki, tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov, Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında məktəbəqədər və Ümumi təhsil üzrə Dövlət Agentliyinin direktor müavini, Agentliyin Bakı şəhəri üzrə təhsil idarəsinin müdiri vəzifəsini müvəqqəti icra edən Nərminə Hüseynova, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov, YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, habelə müəllimlər, şagirdlər, valideynlər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər. 

Əvvəlcə məktəbin həyətində şagirdlərin ifasında  fləşmob təqdim olunub, qonaqlar şagirdlərin əl işlərindən ibarət sərgiyə baxış keçiribıər. Sərgidə şagirdlər təbiətə olan sevgilərini, onu qorumaq vacibliyini, təbiətdən istifadə və ətraf mühitin mühafizəsindən bəhs edən hazırladıqları əl işlərini təqdim ediblər. 

Dövlət Himni səslənib, Ulu Öndər Heydər Əliyevin və qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra şagirdlərin ifasında  “Nəfəs” adlı pantomim tamaşa nümayiş olunub. Tamaşadan sonra çıxış edənlər təəssürütlarını bölüşərək şagird və müəllim kollektivinə öz təşəkkürlərini bildiriblər.