17 və 19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan yığmalarının Avropa çempionatının 2024-2025-ci illər mövsümünün I mərhələsindəki rəqibləri müəyyənləşib.
"Unikal" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, bu gün təşkil edilən püşkatma mərasimində U-17 B Liqasının 5-ci qrupunda Serbiya və Lüksemburqa rəqib olub. Oyunlar iyulun 1-dən dekabrın 3-dək təşkil olunacaq.
U-19 yığması isə B Liqasının V qrupunda İsveçrə, Estoniya və Kipr kollektivləri ilə üz-üzə gələcək. Görüşlər iyuldan dekabrın əvvəlinədək baş tutacaq.
Qeyd edək ki, qrup qalibləri və ən yaxşı ikinci yerin sahibləri A Liqasına vəsiqə əldə edəcəklər.