Gəncədə həmyerlisini odlu silahla qətlə yetirən Kəlbəcər rayon sakini qazi olub.

"Unikal"ın məlumatına görə, qətli törədən 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini Hikmət Mamedov Vətən müharibəsi iştrikaçısı, 3-cü dərəcəli müharibə əlili, "Suqovuşanın azad olunmasına görə" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Tural Əhmədov

***08:50

İyunun 7-də saat 20 radələrində Gəncə şəhər Yeni Kəlbəcər qəsəbə sakini 1981-ci il təvəllüdlü Bəxtiyar Heydərovun almış olduğu xəsarətdən müalicə aldığı xəstəxanada ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Gəncə Şəhər Prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalar zamanı 1988-ci il təvəllüdlü Hikmət Mamedovun aralarında yaranmış mübahisə zamanı odlu silahdan atəş açaraq Bəxtiyar Heydərova xəsarət yetirməsinə və sonuncunun almış olduğu xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi başlanılıb, Hikmət Mamedov şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam edir.

***23:58

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən, Kəlbəcər rayon sakini 1981-ci il təvəllüdlü Hikmət Mamedov saxlanılaraq istintaqa təhvil verilib.

Bu barədə "Unikal"a DİN-in mətbuat xidmətindən bildirilib. 

*** 20:30

Gəncədə ov tüfəngindən xəsarət alan şəxs xəstəxanada ölüb.

"Unikal"ın məlumatına görə, həkimlərin müdaxiləsinə baxmayaraq güllə yarası alan Bəxtiyar Heydərov dünyasını dəyişib. 

Qeyd edək ki, hadisə şəhərdə Kəlbəcər rayon sakinlərinin məskunlaşdığı Yeni qəsəbədə qeydə alınıb.

Belə ki Kəlbəcər rayon sakini Hikmət Mamedov şəxsi münasibətlər zəmnində həmyerlisi Bəxtiyar Heydərovu ov tüfəngi ilə gülləyəyib.

*** 20:05

İyunun 7-də saat 17:45-də Gəncə şəhər ərazisində Kəlbəcər rayon sakini B. Heydərovun ov silahından açılan atəş nəticəsində xəsarət alması barədə polisə məlumat daxil olub. 

DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən, 1981-ci il təvəllüdlü Kəlbəcər rayon sakini H. Mamedov müəyyən olunaraq saxlanılıb.

Ondan ov tüfəngi aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.