Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Şah İsmayıl Xətai prospektində yağan intensiv yağışlarla əlaqədar yeraltı piyada keçidinə su dolması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-in Gəncə Regional Mərkəzinin müvafiq qüvvələri əraziyə cəlb olunub.

Xilasedicilər tərəfindən subasmaya məruz qalmış keçiddən suyun çəkilərək kənarlaşdırılması təmin edilib.