Türkiyəli aktrisa Aslıhan Karalar "Taxt oyunları" serialının aktyorları ilə eyni layihədə yer alacaq.

"Unikal" Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa Bollivud filmində hindli həkim obrazına həyat verəcək. Aslıhan layihə üçün hind dilini öyrənməyə də başlayıb.

Ekran işində Çarlz Dens, Sanni Deol, Şefali Şah və Mehrin Pirzadə kimi aktyorlar da rol alacaqlar.

Qeyd edək ki, Aslıhan sonuncu dəfə "Kuruluş Osman" serialında rol alıb