İyunun 10-da, saat 15 radələrində bir nəfər şəxsin odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Gəncə şəhər prokurorluğuna məlumat daxil olub. 

Gəncə şəhər prokurorluğundan "Unikal"a bildirilib ki, araşdırmalarla 1994-cü il təvəllüdlü Zahid Sarıyevin aralarında yaranmış mübahisə zamanı şəhər avtovağzalının qarşısında iş yoldaşı 1998-ci il təvəllüdlü Mehrac Əsədova odlu silahdan atəş açaraq onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Zahid Sarıyev şübhəli şəxs qismində tutulub.

***

16:22

Gəncədə baş verən qəzanın təfərrüatları məlum olub.

"Unikal"ın əldə etdiyi məlumata görə, "VAZ-2106" markalı minik maşınında Fövqəladə Hallar Nazirliyinin iki əməkdaşı mübahisə edib. Mübahisədən sonra bir digərini odlu silahla vurub. 1998-ci il təvəllüdlü Mehrac Əsədov aldığı güllə yarasından hadisə yerində ölüb.

Nəticədə minik maşını yoldan çıxaraq ağaclığa düşüb.

***

15:06

Gəncədə minik maşını aşıb.

"Unikal"ın məlumatına görə, hadisə Avtovağzal adlanan ərazidə qeydə alınıb.

Hərəkətdə olan "VAZ-2106" markalı minik maşını yoldan çıxaraq aşıb. Qəza zamanı bir nəfərin öldüyü, bir neçə nəfərin isə xəsarət aldığı bildirilir.

Hadisə yerinə təcili tibbi yardım birqadaları cəlb olunub.

Tural Əhmədov