Kiprdə 24 yaşlı "Youtube" blogeri Fidias Panayiota Avropa Parlamentinin üzvü olub.
"Unikal" xəbər verir ki, bu barədə "Phileleftheros" qəzeti məlumat yayıb.
Nəşrin məlumatına görə, Kiprdən ümumilikdə altı deputat seçilib, onlardan üçü yenidən seçilib, üçü isə ilk dəfə Avropa Parlamentinə daxil olacaq. Xüsusilə, bloger Panayiota exit-poll nəticələrinə görə üçüncü yeri tutub.
Qeyd olunur ki, blogerin özü də parlamentə düşəcəyinə inanmırmış.
Panayiota müxtəlif yumoristik videolarla tanınır.