İyunun 10-da, saat 18 radələrində Yexlax rayonu ərazisində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Yevlax rayon prokurorluğundan "Unikal"a verilən məlumata görə, araşdırmalarla 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlunun aralarında yaranmış mübahisə zamanı Elmir Abışova kəsici-deşici alətlə xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Yevlax prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. Tahir Abdullayev prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

*** 19:12

İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin regional qrupundan "Unikal"a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

Araşdırma aparılır.