Daha əvvəl məsləhətləşmələr üçün Moskvaya çağırılan Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin İrəvana qayıdıb.
"Unikal" xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin bildirib.
"Sergey Pavloviç məsləhətləşmələrdə iştirak edib və bildiyimə görə, o, artıq İrəvandadır. Səfirin məsləhətləşmələrə çağırılması tamamilə standart prosedurdur və bundan tez-tez istifadə olunur”, - deyə Qaluzin bildirib.