Rusiya xüsusi xidmət orqanları Krasnoqorskdakı "Crocus City Hall"da baş verən terror aktında Ukrayna hərbi kəşfiyyatının əli olduğunu müəyyən edib.
"Unikal" xəbər verir ki, bu barədə Rusiya Milli Antiterror Komitəsinin sədri, FTX-nin direktoru Aleksandr Bortnikov deyib.
Bortnikov bildirib ki, Ukrayna və Qərb kəşfiyyat xidmətləri Rusiyada cinayət törədənlərin çevrəsini genişləndirir, onları öyrədir və təchiz edir: "İllüstrasiya nümunəsi Ukrayna hərbi kəşfiyyatının Moskva yaxınlığındakı "Crocus City Hall"da törədilmiş terror aktında iştirakını göstərmək olar".
Ağarza Elçinoğlu