Fransadan Qarabağ sədası
20:02 04-06-2013
İQTİSADİYYAT
Fransadan Qarabağ sədası
Rusiya və Avropanın ziddiyətli yanaşması
Artıq iki aydır ki, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqlar yenidən intensivləşib. Real olaraq ortada heç bir nəticə olmasada aydın olur ki, bu gün problemə üç fərqli yanaşma var. Bunlardan biri Rusiya,digəri Avropa, sonuncusu isə ABŞ yanaşmasıdır. Rusiyanın yanaşması hazırda budur ki, problemin həlli ilə bağlı danışıqlar davam etdirilsin,amma status-kvonun dəyişdirilməsinə hələ razılaşmaq olmaz.
Bu isə o deməkdir ki, münaqişə olduğu kimi qalacaq. Hətta bunu Rusiyanın baş diplomatı açıq şəkildə bəyan da etdi. Sergey Lavrov bildirdi ki, Dağlıq Qarabağ probleminin tezliklə həllindən danışmaq düz olmaz. O,bunu da bəyan etdi ki, problem həll olunarsa Ermənistanın maraqları nəzərə alınmalıdır. Digər tərəfdən isə Rusiya bütün gücü ilə Ermənistanı silahlandırır. Burdan ortaya çıxan nəticə isə odur ki, Rusiya hər zaman olduğu kimi bu gündə münaqişənin qalmasına dəstək verir və bununla da tərəflərə öz təzyiqini artırır. Rusiyanın mövqeyinə yaxın başqa bir mövqe isə Avropanın, daha doğrusu Fransanın mövqeyidir. Gəlin öncəliklə son açıqlamaya diqqət yetirək və sonra bu mövqenin nədən ibarət olmasına baxaq. “Fransa ATƏT-in Minsk Qrupun həmsədri kimi Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həll yollarını axtarmaqda maraqlıdır”.Bu barədə Bakı Gələcək Forumunda iştirak edən Fransanın Azərbaycandakı səfiri Paskal Monye bildirib.Onun sözlərinə görə, Fransa Azərbaycanla xarici işlər nazirləri səviyyəsində ikitərəfli əlaqələri və Dağlıq Qarabağ münaqişəsini müzakirə edir: “Biz düşünürük ki, tərəflər arasında mövcud olan narazılıqları aradan qaldırılmaq vaxtı çatıb. Düşünürəm ki, bəzi düşüncə mərkəzləri regionun gələcəyi üçün nə etmək lazım olduğu barədə fikirləşməlidir. Hər iki ölkənin parlaq gələcəyi barədə düşünməsi vacibdir. Və buna görə də, bu cür tədbirlərdə qəbul olunacaq və Azərbaycanla Ermənistan hökumətlərinə və eyni zamanda ATƏT-in Minsk Qrupuna təqdim olunan bu cür hesabatlar münaqişənin həllinə müsbət təsir göstərəcək”. Gördüyünüz kimi Fransanında məsələyə yanaşması kifayət qədər dumanlıdır. Ümumilikdə götürəndə ekspertlər hesab edir ki, bu gün Avropanı problemin hansı formada həlli o qədər də maraqlandırmır. Çünki qərb üçün sadəcə olaraq atəşkəsin qorunub saxlanması daha vacibdir. Bundan başqa Ermənistanla sıx müttəfiq olduğunu heç zaman gizlətməyən Fransanın siyasi elitasında başqa bir düşüncədə var. Hesab edilir ki, münaqişə olduğu kimi dondurulmuş şəkildə saxlanmalıdır və bu müddət ərzində xalq diplomatiyası inkişaf etdirilməlidir. Hesab edilir ki, münaqişə bu şəkildə qalarsa Dağlıq Qarabağda yaşayan vətəndaşlar aqressiyadan zaman-zaman uzaqlaşacaq və müstəqil şəkildə yaşamağı öyrənəcəklər. Həmçinin bu zamana qədər yerli infrastrukturlar qurulacaq və bundan sonra münaqişənin həlli yolları haqqında düşünməyə dəyər. Bu isə sözsüz ki, Ermənistanın maraqlarına cavab verir. Nəhayət sonuncu yanaşma ABŞ-in yanaşmasıdır. ABŞ problemin həllinin tərəfdarıdır və hesab edilir ki, problem nə qədər tez həll olunarsa Rusiyanın bölgəyə təsiri də o qədər azalar. Buna görə ABŞ ekspertləri hesab edir ki, Türkiyə-Ermənistan sərhəddi açılmalı və Ermənistan Rusiyanın təsirindən qurtularaq Türkiyə vasitəsi ilə Avropaya çıxmalıdır. Buna görə də hesab edilir ki, ABŞ Dağlıq Qarabağ probleminin həllində təşəbbüsü ələ almalıdır. Hətta belə fikirdə səsləndirilirdi ki, ABŞ problemin həlli ilə bağlı xüsusi nümayəndə ayırmalı və Rusiyanı danışıqlar prosesindən sıxışdırıb çıxartmalıdır. Hələ ötən il bu məqsədlə ABŞ-in o zamankı dövlət katibi Hillari Klinton bölgəyə gəldi və intensiv danışıqlar başladı. Amma həmin günlərdə məhz Rusiyanın təhriki ilə Ermənistan cəbhə boyu atəşkəsi pozdu və demək olar ki, aparılan danışıqlar tam mənasız bir hala düşdü. Buna baxmayaraq ABŞ hələ də istəyindən əl çəkməyib və ekspertlər hesab edir ki, yaxın bir il ərzində ABŞ-in bölgəyə təsiri daha da artacaq.
Fuad Əliyev
Digər Xəbərlər
2024-12-27 13:12:27
2024-12-27 13:06:21
2024-12-27 12:57:38
2024-12-27 12:34:07
2024-12-27 11:47:13
2024-12-27 11:20:28
2024-12-27 11:06:31
2024-12-27 10:57:07
2024-12-27 10:11:39
2024-12-27 09:50:36
2024-12-27 09:22:34
2024-12-27 09:08:28
2024-12-26 10:15:08
2024-12-26 09:37:40
2024-12-26 09:10:42
2024-12-25 12:08:18
2024-12-25 10:47:58
2024-12-25 09:41:33
2024-12-25 09:32:30
2024-12-25 09:24:20