Yəmən sahillərində miqrant qayığının batması nəticəsində azı 49 miqrant həyatını itirib, 140 nəfər isə itkin düşüb.

"Unikal" xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatı məlumat yayıb. 

Ölənlər arasında 31 qadın və 6 uşağın olduğu bildirilib.

Beynəlxalq Miqrasiya Təşkilatı bildirib ki, Somalidən yola düşən qayıqda Somalili və Efiopiyalı sərnişinlər olub.