Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
"Unikal" xəbər verir ki, söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. O, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin çox uzaqgörən, qüdrətli bir şəxsiyyət olduğunu, Prezident İlham Əliyevin Ulu öndərin layiqli davamçısı olduğunu söyləyib. "O, o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeyd edib.