"Yuventus"un və Fransa millisinin sabiq hücumçusu David Trezege iyunun 14-də Almaniyada start götürəcək Avropa çempionatının favoritini açıqlayıb.
"Unikal" xəbər verir ki, "CalcioMercato" onun dediklərini belə çatdırıb:
"Fransa turnirin favoritidir. İtaliyaya gəlincə, Luçano Spalletti tarixin kölgəsində gizlənmək fikrində olmadıqlarını ictimaiyyətə aşkar şəkildə çatdırıb. Onlar turnirin əsas qəhrəmanlarından biri qismində yadda qalmağı hədəfləyiblər. İtaliya komanda şəklində böyüyüb və qələbəyə köklənib".
Xatırladaq ki, AÇ-2024-ə Almaniyanın 10 şəhəri ev sahibliyi edəcək. Qitə birinciliyi 14 iyun - 14 iyul aralığında baş tutacaq. Turnirin son qalibi İtaliya seçməsidir.