Gürcüstan hakimiyyəti Rusiya ilə diplomatik münasibətləri və Gürcüstanın Moskvadakı səfirliyinin işini bərpa etməyə hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın "Mtavari" telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
Telekanalın məlumatına görə, Gürcüstan artıq ölkənin Moskvadakı diplomatik nümayəndəliyində işləmək üçün işçilər qəbul edir.