Ermənistan Respublikasına müəyyən miqdarda qeyri-qanuni silahların gətirildiyi haqda məlumatlar var.
"Unikal" xəbər verir ki, bunu Ermənistan parlamentinin "Mülki Müqavilə" fraksiyasının deputatı Armen Xaçatryan deyib.
O, qanunsuz silah alverinə toxunaraq bildirib: "Heç kimə sirr deyil ki, müharibədən sonra Ermənistana müəyyən miqdarda silah gətirilib, onların bir hissəsinin qarşısı alınıb. 90-cı illərin müharibəsindən sonra 2020-ci ilə qədər silah topladıq, hər dəfə Milli Təhlükəsizlik Xidməti, polis külli miqdarda yeni silah müsadirə etdi, qanunsuz silah dövriyyəsinə qarşı tədbirlər görüldü, amma bu proses getməlidir. Davamlı olaraq və son silah parçasına qədər geri alınmalıdır".
Ağarza Elçinoğlu