Lənkəranda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Unikal"a verilən məlumata görə,  iyunun 12-si saat saat 21 radələrində radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi "Vaz 2105" markalı avtomobillə yol kənarında dayanmış "Vaz 21015" markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub. Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar. 

Araşdırma aparılır.

*** 23:27

Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub və digər avtomobilə çırpılıb.

"Unikal" apa-ya isitnadən xəbər verir ki, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.

Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.

Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.

3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.