Qadın voleybolçular arasında Millətlər Liqasının oyunları davam edir.
"Unikal" xəbər verir ki, Türkiyə millisi Honkonqda Dominikan Respublikasının yığması ilə üz-üzə gəlib. Görüş “ay-ulduzlular”ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Bununla da Daniele Santarellinin başçılıq etdiyi komanda turnirin qrup mərhələsində 8-ci qələbəsini əldə edib.
Komanda növbəti oyununu iyunun 15-də Çin seçməsinə qarşı keçirəcək.
Qeyd edək ki, ilk “səkkizlik”də yer alan komandalar final mərhələsinə vəsiqə qazanacaqlar.