Yaponiyanın Baş naziri Fumio Kişida və Ukrayna Prezidenti Volodimir Zelenski “Yeddilik” (G7) sammiti çərçivəsində təhlükəsizlik sazişi imzalayıblar.
"Unikal" xəbər verir ki, bu barədə Ukrayna lideri X sosial şəbəkəsində məlumat verib.
“2024-cü ildə Yaponiya Ukraynaya 4,5 milyard dollar yardım verəcək və müqavilənin bütün 10 illik müddəti ərzində bizi dəstəkləməyə davam edəcək”, - deyə Zelenski yazıb.
O bildirib ki, saziş ölkələr arasında texniki və maliyyə əməkdaşlığını, habelə Yaponiyadan müdafiə sənayesində humanitar yardım və dəstək almağı nəzərdə tutur. Sənəddə anti-Rusiya sanksiyalarının tətbiqi də nəzərdə tutulur.
*** 22:07
ABŞ Prezidenti Cozef Baydenlə ukraynalı həmkarı Volodimir Zelenski ABŞ və Ukrayna arasında 10 illik təhlükəsizlik sazişi imzalayıblar.
"Unikal" "Röyters"ə istinadən xəbər verir ki,“Tərəflər bu razılaşmanı Ukraynanın NATO alyansındakı mümkün üzvlüyünə körpü kimi qəbul ediblər.
Razılaşmanın şərtləri ABŞ-ın növbəti 10 il ərzində Ukrayna ordusuna təlim keçməsini, silah və texnika istehsalı sahəsində əməkdaşlığı gücləndirməyi, kəşfiyyat məlumatlarının mübadiləsini genişləndirməyi nəzərdə tutur.
ABŞ Ukrayna ilə belə saziş imzalayan 16-cı ölkədir.