Livanla sərhəddə yerləşən İsrail hərbçiləri  qonşu dövlətin ərazisinə yandırıcı top güllələri atmaq üçün trebuşetdən - orta əsrlərə aid katapultdan istifadə ediblər.

"Unikal" xəbər verir ki, bu barədə Amerikanın CNN telekanalı məlumat yayıb. 

Qeyd olunur ki, 16-cı əsrdə praktiki olaraq istifadəsini dayandıran trebuşetdən istifadə edilən videolar ilk dəfə olaraq iyunun 12-də sosial şəbəkələrdə peyda olub. Bildirilir ki, bu kadrlar İsrail-Livan sərhədində jurnalistlər  tərəfindən lentə alınıb.  

Daha sonra İsrailin KAN telekanalı İDF-yə istinadən xəbər verib ki, katapultdan istifadə "yerli təşəbbüsdür" və "geniş şəkildə istifadə olunmur". Bu cihazın İsrail hərbçiləri tərəfindən Livan Hizbullah döyüşçülərinin aşkarlanmasını asanlaşdırmaq və sərhəd boyu bitki örtüyünü yandırmaq üçün istifadə edildiyi güman edilir.

Gülayə Mecid