Bu gün Almaniyada futbol üzrə XVII Avropa çempionatına start veriləcək.

"Unikal" xəbər verir ki, 24 yığmanın iştirakı ilə keçiriləcək qitə çempionatının açılış matçında ev sahibi komanda Şotlandiya ilə qarşılaşacaq.

Münhen şəhərindəki “Allianz Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.

Xatırladaq ki, A qrupunun digər oyunu sabah, saat 17:00-da Macarıstan və İsveçrə yığmaları arasında keçiriləcək.

Qeyd edək ki, qrupları ilk iki yerdə başa vuran komandalar və üçüncü yeri tutan ən yaxşı 4 kollektiv 1/8 finala yüksələcək.

Qrup oyunları iyunun 26-da başa çatacaq.

İyunun 29-da 1/8 final mərhələsinin görüşləri start götürəcək.