Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistan və Gürcüstandakı etiraz aksiyalarına münasibət bildirib.
"Unikal" xəbər verir ki, rusiyalı diplomat ABŞ-nin Ermənistan və Gürcüstandakı səfirliklərinin hər iki ölkədəki kütləvi etirazlarla bağlı bəyanatlarını müqayisə edib.
Zaxarova iyunun 13-də Ermənistan və mayın 2-də Gürcüstanla bağlı verilən iki bəyanat arasında fərqi hiss etməyi təklif edib:
""Biz etirazçıları zorakılıqdan çəkinərək məsuliyyətli şəkildə sərbəst toplaşmaq hüququndan istifadə etməyə çağırırıq. Siyasi fikir ayrılıqlarının həlli demokratik proseslərlə təmin edilir. Biz həmçinin hüquq-mühafizə orqanları əməkdaşlarını vətəndaşların söz və sərbəst toplaşmaq hüquqlarını təmin etməklə ictimai asayişi qorumağa və nümayişləri işıqlandıran jurnalistlərlə bağlı prosedurlar da daxil olmaqla mümkün pozuntuların baş verdiyi bütün hadisələri araşdırmağa çağırırıq", - Ermənistandakı ABŞ səfirliyi bildirib.
Bu arada Gürcüstandakı nümayişlərlə bağlı bəyanatda deyilir: "Biz Gürcüstan xalqının yanındayıq, onların səsini eşitdirmək hüququnu dəstəkləyirik. Biz dinc nümayişçilərə, o cümlədən nümayişləri işıqlandıran jurnalistlərə qarşı zorakılığı pisləyirik. Dinc toplaşmaları və ifadə azadlığını boğmaq üçün gücdən istifadə yolverilməzdir və biz hakimiyyəti dinc nümayişçilərə ifadə azadlığı hüquqlarından istifadə etməyə davam etməyə imkan verməyə çağırırıq".
Budur, bütün demokratiya. Bir halda Vaşinqton səfirliyi vasitəsilə mitinqlərin məsuliyyətlə keçirilməli olduğunu bəyan edir və onları yatırmaqda hakimiyyəti qınamır, digər halda isə Qərbin xarici agentlərinin təşkil etdiyi iğtişaşları fəal şəkildə dəstəkləyir. Bu, qaydalara əsaslanan dünya nizamının aydın mənzərəsidir ki, burada ABŞ əl yelləyərək, anın şərtlərindən asılı olaraq istənilən “qayda”nı özünə uyğun dəyişir".
Ağarza Elçinoğlu