Bu gün start götürəcək Avropa çempionatında yaşı 23-dən aşağı olan 89 futbolçu mübarizə aparacaq.
"Unikal" xəbər verir ki, Belçika, İngiltərə və Niderland Avro-2024-ə ən çox gənc oyunçu göndərən ölkələr sırasında ilk pillələrdə yer alıblar. Bu yığmaların hərəsində 7 gənc futbolçu var.
Ümumi orta yaş göstəricisinə görə turnirin ən gənc yığması isə Çexiyadır – 25,31 yaş. Türkiyə (25,85) ikinci, İngiltərə (26,05) isə üçüncü sırada qərarlaşıb.
Avro-2024-də iştirak edəcək ən gənc futbolçular
Albaniya: Mario Mitay (20), Kristian Aslani, Armando Broya (hər ikisi 20)
Avstriya: Leopold Kverfeld (20), Patrik Vimmer, Nikolas Zayvald, Aleksander Prass (hamısı 23)
Belçika: Artur Vermeren (19), Zeno Debast (20), Aster Vranks, Yohan Bakayoko (hər ikisi 21), Amadu Onana, Jeremi Doku (hər ikisi 22), Şarl de Ketelare (23),
Xorvatiya: Martin Baturina, Luka Suçiç (hər ikisi 21), Yoşko Qvardiol (22)
Çexiya: Matey Yurasek (20), Martin Vitik, Adam Qlojek (hər ikisi 21)
İngiltərə: Kobbi Meynu (19), Cud Bellingem, Adam Uorton (hər ikisi 20), Koul Palmer, Bukayo Saka (hər ikisi 22), Mark Qei, Entoni Qordon (hər ikisi 23)
Fransa: Varren Zair Emeri (18), Eduardu Kamavinqa, Bredli Barkola (hər ikisi 21), Vilyam Saliba (23)
Gürcüstan: Qabriel Siqua (18), Georgi Mamardaşvili, Jorj Mikautadze (hər ikisi 23)
Almaniya: Camal Musiala, Florian Virts, Maksimilan Bayer (hamısı 21)
Polşa: Katsber Urbanski (19), Nikola Zalevski (22)
Danimarka: Rasmus Höylunn, Viktor Kristansen (hər ikisi 21)
Macarıstan: Miloş Kerkez (20), Dominik Soboslai (23)
İtaliya: Rikkardo Kalafiori (22)
Niderland: Bart Verbrüggen, Xavi Simons (hər ikisi 21), Rayan Qravenberx, Brayan Brobbi (hər ikisi 22), Lutsharel Qertrüyda, Mikki van de Ven, Ceremi Frimponq (hamısı 23)
Portuqaliya: Joau Neveş (19), Antoniu Silva (20), Nuno Mendeş, Fransisko Konseysau (hər ikisi 21), Qonsalu İnasiu, Qonsalu Ramuş (hər ikisi 22)
Rumıniya: Radu Draquşin (22)
Şotlandiya: Tommi Konvey, Billi Gilmor (hər ikisi 22)
Serbiya: Petar Ratkov (20), Lazar Samaryiç (22), Straxinya Pavloviç (23)
Slovakiya: Leo Sauer (18), Adam Obert (21), Tomaş Suslov (22)
Sloveniya: Adrian Zelkovic, Benyamin Şeşko (hər ikisi 21)
İspaniya: Lamin Yamal (16), Niko Uilyams, Pedri, Fermin Lopes (hamısı 21), Aleks Baena (22)
İsveçrə: Ardon Yaşari (21), Leonidas Stergiu, Fabian Rider (hər ikisi 22), Dan Ndoye, Zeki Amduni (hər ikisi 23)
Türkiyə: Semih Kılıçsoy (18), Arda Gülər, Kənan Yıldız (hər ikisi 19), Bertuğ Yıldırım, Ahmetcan Kaplan (hər ikisi 21), Orkun Kökçü (23)
Ukrayna: İlya Zabarnı, Georgi Sudakov (hər ikisi 21), Vladislav Banat, Anatoli Trubin (hər ikisi 22)
Qeyd edək ki, 24 yığmanın iştirakı ilə keçiriləcək Avropa çempionatının açılış matçında Almaniya və Şotlandiya yığmaları üz-üzə gələcəklər. Münhen şəhərindəki “Alyants Arena”da oynanılacaq görüş Bakı vaxtı ilə saat 23.00-da start götürəcək.