Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov X hesabında “Aghdam City Hotel”in Azərbaycan bayrağının rəngləri ilə işıqlandırıldığı görüntüləri paylaşıb.
"Unikal" xəbər verir ki, Prezidentin xüsusi nümayəndəsinin 15 İyun – Qurtuluş Günü münasibətilə paylaşdığı yazıda qeyd olunub:
“Bu gün 15 İyun – Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!”.
Bu gün #15 İyun - Milli Qurtuluş Günüdür. Bu münasibətlə doğma Ağdamımız şanlı bayrağımızın rənglərinə boyanıb! Xalqımızı bu şərəfli gün münasibətilə təbrik edir, müstəqilliyimizin əbədi olmasını diləyirik!#Ağdam #Füzuli #Xocavənd pic.twitter.com/bPwScFcvCr
— Emin Huseynov (@Emin_H_official) June 14, 2024