Bakıda Təzəpir məscidində Qurban Bayramının namazı qılınıb.

"Unikal" xəbər verir ki, ibadətdə sakinlər və bir sıra din xadimləri iştirak ediblər.

Namaza Hacı Şamil Rəsulov rəhbərlik edib.

Bayram namazında Ulu Öndər Heydər Əliyevin və şəhidlərin ruhuna dualar edilib, Azərbaycan xalqına əmin-amanlıq və ruzi bərəkət arzulanıb.

Qeyd edək ki, bu il Azərbaycanda Qurban bayramı iyunun 16-17-də qeyd olunur.