Biləsuvar rayonunda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Unikal”  report-a istinadən xəbər verir ki, hadisə rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Belə ki, "BMW" markalı minik avtomobili yolun kənarında dayanan "Niva" markalı minik avtomobilinə çırpılıb. Zərbənin təsirindən "Niva" aşıb.

Hadisə nəticəsində iki nəfər rayon sakini, 1998-ci il təvəllüdlü Vüqar Hüseynov və 1977-ci il təvəllüdlü Raqib Əliyev müxtəlif bədən xəsarətləri alıb.

Yaralılar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.