İngiltərə millisi iyunun 14-də Almaniyada start götürən Avropa çempionatının qalibi olsa, futbolçuların hər biri yüksək məbləğdə mükafat alacaq.
"Unikal" xəbər verir ki, bubarədə "The Sun" məlumat yayıb.
Futbolçulara 9,6 milyon funt sterlinq (11,3 milyon avro), baş məşqçi Qaret Sautqeytə isə 4 milyon funt sterlinq (4,7 milyon avro) mükafat vəd edildiyi vurğulanıb.
İngiltərə seçməsi AÇ-2024-də Serbiya, Sloveniya və Danimarka ilə eyni qrupda mübarizə aparacaq. Britaniya təmsilçisi qrupdakı ilk oyununu bu gün Serbiya millisinə qarşı keçirəcək.