Heydər Əliyev prospektində yanan avtomobil söndürülüb.

Bu barədə "Unikal"a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Heydər Əliyev prospektində avtomobildə yanğın baş verməsi ilə bağlı məlumat daxil olub:

"Dərhal Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın qısa müddətdə söndürülüb".

XXX

13:47

Nərimanov rayonu, Heydər Əliyev prospekti, "Excelsior" otelin qarşısıda mikroavtobusda yanğın baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) məlumat verilib.

Bildirilib ki, bu səbəbdən metronun "Koroğlu" stansiyası istiqamətində avtomobillərin hərəkətinə qısamüddətli məhdudiyyət tətbiq edilib.