Türkiyənin İstanbul şəhərinin Tuzla rayonunun Dəri Sənaye Bölgəsində yerləşən zavodda güclü yanğın başlayıb.

"Unikal" Türkiyə mediasına istinadən xəbər verir ki, yanın zamanı zavodda ara-sıra partlayış səsləri də eşidilib. 

Alovlar qısa müddətdə bütün fabriki əhatə edərək otluq əraziyə, yaxınlıqdakı avtomobillərə sıçrayıb. 

Hazırda hadisə yerinə çoxsaylı yanğınsöndürmə briqadaları cəlb edilib. Ətraf ərazidə geniş təhlükəsizlik tədbirləri görülüb. Yanğının meşəyə yayılmasının qarşısı alınmaa çalışılır. İlkin məlumata görə, hadisə zamanı ölən və xəsarət alan olmayıb. 

Hazırda yanğının nəzarətə alınması istiqamətində işlər davam etdirilir. Zavoda dəyən ziyanın miqyası hələlik müəyyənləşdirilməyib.