Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, "Toyota" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarına aşıb.

Hadisə zamanı minik avtomobilində olan altı nəfər Bakı şəhər sakinləri - Qurbanova Aygün, Qurbanlı Aydan, Qurbanlı Aylin, Əlixanova Aytac, Əlixanlı Ayan və Əlixanlı Namiq müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Yaralılar təcili tibbi yardım briqadalarının köməkliyi ilə xəstəxanaya çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır. 

Xanlar Qaraca