"19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş üçün Lökbatan Tibb Mərkəzinin nəznində yerləşən 4 saylı Doğum evinə müraciət edib. 19.06.2024-cü il tarixində Doğum şöbəsinin həkimi mama-ginekoloq Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30-da radələrində pasiyentin qız övladı dünyaya gəlib".

TƏBİB-dən "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, görüntülərdə əks olunan hadisə ilə bağlı hazırda TƏBİB tərəfindən araşdırma aparılır.

Araşdırma yekunlaşdıqdan sonra əlavə məlumat veriləcəkdir.

Zaurə Əmirova

*** 11:49

Qaradağ rayon Lökbatan qəsəbəsində yerləşən 4 saylı doğum evində qazidən rüşvət tələb olunub.

"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Belə ki, Sevinc adlı tibb bacısı qazidən qızı doğulduğu üçün pul istəyib. Qazi cibində olan manatları ona verib. Tibb bacısı isə pulun az olduğunu deyib:

"Bu birinci doğuş üçün çox azdır. Qarabağda döyüşmüsən lap yaxşı. Kişisən də, vuruşmalı idin" deyə bildirib.