Fransa Bakı Təşəbbüs Qrupunun BMT-nin mənzil-qərargahında keçirdiyi tədbirdə iştirak etməli olan bəzi şəxsləri hava limanından buraxmayıb.
"Unikal" xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupunun departament rəhbəri Elgün Hacıyev bildirib.
İyunun 20-də Bakı Təşəbbüs Qrupunun BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında kolonializmə qarşı mübarizəyə həsr olunmuş növbəti konfransı keçirilib
Hacıyev qeyd edib ki, “Müstəqilliyə və Fundamental Azadlıqlara doğru: Müstəmləkəçiliyə son qoyulmasında C24 Komitəsinin Rolu” adlı Konfransda Fransanın və Niderlandın müstəmləkə altında saxladığı ərazilərdən, habelə Korsika, Fransız Qvianası, Qvadalup, Martinik, Maohi Nui (Fransız Polineziyası), Kanaki (Yeni Kaledoniya), eləcə də Sent-Martin, Bonayre, həmçinin ABŞ, Fransa, Braziliya, Qəmər Adaları İttifaqı və Niderlanddan 40-dan artıq rəsmi nümayəndə, müstəqillik hərəkatlarının rəhbər şəxsləri, dekolonizasiya üzrə ekspertlər, deputatlar və tədqiqatçılar iştirak edib.
O, konfransın təşkilində məqsədin bu sahədə beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində kolonializmdən əziyyət çəkən xalqların ədalətli mübarizəsinə dəstək nümayiş etdirmək olduğunu vurğulayaraq, dəvət olunan şəxslərin bəzilərinin bu tədbirə qatıla bilmədiyini qeyd edib.