İyunun 21-də müəllimlərin sertifikatlaşdırması prosesinin test imtahanı mərhələsinin birinci hissəsi başa çatıb.

"Unikal" imtahanda 60 bal toplayan müəllimlərin adlarını təqdim edir:

- Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyin riyaziyyat müəllimi Könül Heydərova;

- Salyan rayonu Şəkərli kənd ümumi orta məktəbin riyaziyyat müəllimi Nəcəfov Niyaməddin;

- Abşeron rayonu Masazır kənd 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Səyyad Canalıyev;

- Sumqayıt şəhər Təfəkkür liseyinin riyaziyyat müəllimi Leyla Babayeva;

- Göygöl rayon Qırıxlı kənd tam orta məktəbin riyaziyyat müəllimi Gülnar İmranova;

- Ucar rayonu Xalac kənd A.Ahmədov adına tam orta məktəbin riyaziyyat müəllimi Aygül Xəlilova;

- Ucar rayonu Boyat kənd tam orta məktəbin riyaziyyat müəllimi Fəridə Məhərrəmova;

- İmişli rayonu Qaradonlu kənd M.Şirinov adına tam orta məktəbin riyaziyyat müəllimi Günay Məmmədova;

- Xaçmaz Rayonu Əzizəddin Tahirov adına Köhnə Xaçmaz tam orta məktəbin riyaziyyat müəllimi Ülkər Hüseynova;

- Balakən rayon Qaysa kənd tam orta məktəbin riyaziyyat müəllimi Nəfsət Haxova;

- Şəki şəhər 7 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nəzakət Bağırova;

- Balakən rayon Roçəhməd kənd tam orta məktəbin riyaziyyat müəllimi Murad Şabanov;

- Salyan rayonu Sarvan kənd İ.Həsənov adına tam orta məktəbin riyaziyyat müəllimi Gülnarə Hüseynova;

- Bakı şəhəri, 265 nömrəli məktəbin müəllimi Yeganə Xəlilova;

- Xudat şəhər 4 nömrəli məktəb-liseyin riyaziyyat müəllimi Namazova Ulduz;

- Lənkəran rayonu Sütəmurdov kənd tam orta məktəbin müəllimi Aslanova Günel. 

*** 16:46

İyunun 21-də Azərbaycanda təhsilverənlərin növbəti sertifikasiya imtahanında daha bir müəllim maksimum nəticə göstərib. 

"Unikal" xəbər verir ki, imtahanda iştirak edən Ucar rayonu Boyat kənd tam orta məktəbin riyaziyyat müəllimi Məhərrəmova Fəridə İlqar qızı 60 bal toplayıb.

***13:27

Xəbər verdiyimiz kimi, iyunun 21-də Azərbaycanda təhsilverənlərin növbəti sertifikasiya imtahanı keçirilib.

"Unikal" xəbər verir ki, imtahanda iştirak edən Bakı şəhəri 90 nömrəli məktəbin riyaziyyat müəllimi Saidə Bayramova 60 bal toplayaraq maksimum nəticə göstərib.

O, imtahan suallarının çox asan olduğunu bildirib.