Bakıda və ölkənin müxtəlif bölgələrində yerləşən bir sıra lisey və gimnaziyaların 7 və 8-ci sinifləri üzrə mərkəzləşdirilmiş qaydada qəbul imtahanı keçirilib.

Təhsil İnstitutundan "Unikal"a bildirilib ki, qəbul imtahanı 10880 şagirdin iştirakı ilə Bakı şəhəri ilə yanaşı, Ağdaş, Beyləqan, Biləsuvar, Lənkəran, Masallı, Mingəçevir, Oğuz, Qobustan, Quba, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Sumqayıt, Gəncə və Naxçıvan şəhərində təşkil olunub.

İmtahanın nəticələri 10 gün ərzində elan olunacaq.go

Şagirdlər imtahan nəticələrini şagirdlərin elektron yerdəyişmə portalından əldə edə biləcəklər.