İyunun 21-də Mingəçevir şəhər R.Muradov adına Texniki humanitar liseydə keçirilən təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsində riyaziyyat fənni üzrə bir ailənin 3 üzvü (bacı) 51 baldan yuxarı nəticə göstərib.

Mərkəzi Aran Regional Təhsil İdarəsindən "Unikal"a bildirilib ki, nəticələrə əsasən Ağdaş rayonu Güvəkənd kənd Y.İsmayılov adına tam orta məktəbin riyaziyyat müəllimi Rəhimova Əsbət Məhəmməd qızı 55 bal və Rəhimova Məhsəti Məhəmməd qızı 51 bal toplayıb.

Eyni zamanda digər ailə üzvü, Ağdaş rayonu Cücük kənd tam orta məktəbin riyaziyyat müəllimi Rəhimli Qumral Məhəmməd qızı isə 55 bal toplayıb.