Xəbər verdiyimiz kimi, Mingəçevir şəhərində güclü külək səbəbindən ağacın aşması nəticəsində Rəvan İsmixan oğlu Qasımzadə dünyasını dəyişib.

"Unikal" xəbər verir ki, ötən gün axşam saatlarından başlayaraq qeyri-sabit hava şəraiti bir çox bölgələrdə, xüsusən də Ağstafa, Mingəçevir, Tovuz, Gəncə, Şərurda ciddi fəsadlar yaradıb.

Güclü külək nəticəsində Mingəçevir şəhərində Z.Həsənova küçəsi 2 ünvanında çoxmənzilli yaşayış binasının dam örtüyü dağılıb, beş sakin ağac aşması nəticəsində xəsarət alıb, Ağdam rayon sakini, 2003-cü il təvəllüdlü Rəvan İsmixan oğlu Qasımzadə isə aldığı xəsarətlərdən ölüb.