21 iyun 2024-cü il tarixdə Ağdam Rayon Heydər Əliyev Mərkəzində “23 İyun Dövlət Qulluqçularının Peşə Bayramı Günü” nə həsr olunmuş tədbir keçirilib

"Unikal" xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, aparatın əməkdaşları, Yeni Azərbaycan Partiyası Ağdam Rayon Təşkilatının sədri Mansur Quliyev, idarə, müəssisə və təşkilatların rəhbərləri və rayon ərazisində müxtəlif vəzifələrdə çalışan dövlət qulluqçuları iştirak etmişlər. Tədbir iştirakçıları əvvəlcə Ulu öndər Heydər Əliyevin mərkəzi meydanda ucaldılmış abidəsini ziyarət etmiş, önünə tər gül dəstələri düzmüşlər.

Heydər Əliyev Mərkəzində davam edən tədbirdə ilk öncə Ümummilli liderin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmiş, Dövlət Himni səsləndirilmişdir.

Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov və digər natiqlər tədbirdə çıxış edərək 2000-ci il iyulun 21-də qəbul edilən “Dövlət qulluğu haqqında” qanunla Azərbaycanda dövlət qulluğu sahəsində vahid dövlət siyasətinin formalaşdırılmasının əsasının qoyulmasından, bu sahədə kadr siyasətinin əsas prinsiplərindən, dövlət qulluqçularının cəmiyyətdəki yerindən, Azərbaycan Respublikasının müasir dünyada qəbul edilmiş dövlət idarəetmə sistemlərinə uyğun milli dövlət quruculuğu istiqamətində islahatları uğurla davam etdirməsindən bəhs etmişlər.

Tədbirin sonunda bir qrup dövlət qulluqçusu Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən fəxri fərmanla təltif edilmişdir.