İyunun 21-də Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2023/2024-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil olunub.

"Unikal" xəbər verir ki, “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirin əsas məqsədi gənclərə nəinki tibbi təhsil verilməsi, eyni zamanda onların işlə təmin olunmasıdır. 

Diaqnoz Tibb Mərkəzinin nümayəndələri Yeganə Mikayılova və Sədaqət İsmayılova məzunlarla görüşərək vakansiyalar barədə məlumat veriblər və məzunların suallarını cavablandırıblar.