Varşava Belarusla sərhəddə mövcud olan son iki sərhəd keçidinin bağlanması imkanını nəzərdən keçirir.

"Unikal" xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin rəhbəri Radoslav Sikorski TVN24 telekanalında bildirib.

"Belarusun hərəkətləri ilə əlaqədar olaraq, biz bütün sərhəd keçidlərinin bağlanmasını nəzərdən keçiririk" deyən diplomat qeyd edib ki, hazırda Polşa hakimiyyəti bu qərarın ölkə iqtisadiyyatına nə dərəcədə təsir göstərə biləcəyini nəzərdən keçirir.