10285 kvadratmetr ərazi mina və partladılmamış sursatlarla çirkələndirilib.

"Unikal" xəbər verir ki, bunu Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə təkcə mina çirkləndirilməsi problemi deyil: "Döyüş gedən ərazilər də mütləq təmizlənməlidir. Azad edilən ərazilərin hər birində təmizlənmə işləri aparılır". 

V. Süleymanov Xankəndidə çoxlu sayda tələ minaların aşkar edildiyini də bildirib. 

Onun sözlərinə görə, minalanmış sahələrin heç bir hərbi məntiqi yoxdur. “Heç bir hərbi əhəmiyyəti olmayan ərazilər, qəbristanlıqlar, əkin sahələri, viran edilmiş yaşayış məskənləri, bağlar minalarla ciddi şəkildə çirkləndirilib”.