Avropa İttifaqı “Life” layihəsinin yaradıcısı, “News Media” nəşriyyatının baş direktoru erməni Aram Qabrelyanovu sanksiyalara məruz qalanların “qara siyahısı”na daxil edib. 

"Unikal" xəbər verir ki, bu barədə fərman Aİ-nin rəsmi jurnalında dərc olunub.

Sənəddə bildirilir ki, Qabrelyanov bir qrup KİV-in köməyi ilə aqressiv təbliğat, saxta xəbərlər və dezinformasiya yayır: "Aram Qabrelyanov Ukraynanın ərazi bütövlüyünü, suverenliyini və müstəqilliyini təhdid edən hərəkətləri dəstəkləyir və həyata keçirir". 

Ağarza Elçinoğlu