Cari ilin yanvar-may aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 4,3 faiz artaraq 12 milyard 537,7 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən "Unikal"a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,5 faiz artaraq 6 milyard 679,4 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 6,3 faiz artaraq 5 milyard 858,3 milyon manata bərabər olub.
İstehlak məhsullarının 38,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,3 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 15,4 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.