Salyan rayonunda yol-nəqliyyat hadisəsi olub.

"Unikal" xəbər verir ki, minik avtomobillərinin toqquşması ilə nəticələnən qəza Ələt-Astara avtomobil yolunda qeydə alınıb. Hadisə zamanı xəsarət alan Şahzadə Göyçayeva, Fatimə Göyçayeva, Abuzər Göyçayev və Rəşad Babayev Salyan Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.