Rusiya vətəndaşı avtomobillə Gədəbəydə piyadanı vuraraq öldürüb.
"Unikal"ın məlumatına görə, hadisə rayonun mərkəzində baş verib. Rusiya vətəndaşı idarə etdiyi "Lexus"markalı minik maşını ilə dönmə əməliyyatı edən zaman 2013-cü il təvəllüdlü Yusif İsmayılov avtomobillin altında qalıb. 11 yaşlı yeniyetmə aldığı ağır xəsarətlərdən hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov