Tərtərdə su kanalında qadın meyitinin aşkar edilməsi faktı ilə bağlı araşdırma aparılır.

Bu barədə "Unikal"a rayon prokurorluğundan bildirilib.

Qeyd olunub ki, iyunun 26-da saat 17 radələrində Tərtər şəhəri ərazisindən keçən su kanalında Ağdərə rayonu, Şıxarx qəsəbə sakini 1987-ci il təvəllüdlü Vəsilə Məmmədovanın meyitinin aşkar olunması faktı ilə bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

Hadisənin baş vermə səbəbi ətraflı araşdırılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq.