Zaqatalada yaşayış evi tamamilə yanıb. 

"Unikal" xəbər verir ki, yanğın Zaqatala rayonu Aşagı Çardaxlar kəndində, kənd sakini 1979-cu il təvəllüdlü Qocayev Eldəniz Abakar oğluna məxsus fərdi yaşayış evində baş verib.

Yanğın yerinə Zaqatala rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikaları cəlb olunub. Yanğın zamanı ümumi sahəsi 120 k/m olan yaşayış evi içərisindəki əşyaları ilə birlikdə tamamilə yanıb. Xəsarət alan olmayıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Seymur Əli