Goranboyda 23 yaşlı gənc intihar edib.

"Unikal" xəbər verir ki, hadisə rayonun Xoylu  kəndində baş verib. 2001-ci il təvəllüdlü Amin Həsənli yaşadığı evin həyətində yerləşən yarımtikilidə özünü asıb.

23 yaşlı gəncin meyiti ailə üzvüləri tərəfindən asılmış vəziyyətdə tapılıb.

Hadisənin hansı səbəbdən baş verməsi məlum deyil.

Faktla bağlı Goranboy rayon prokurorluğunda araşdırma aparılır.

Tural Əhmədov