Argentina Ədliyyə Nazirliyi cinayət məsuliyyəti yaşının 16-dan 13-ə endirilməsini nəzərdə tutan qanun layihəsini parlamentə göndərib.
"Unikal" xəbər verir ki, bu barədə nazirliyin bəyanatında deyilir.
Qanun layihəsi ədliyyə naziri Marina Cuneo Libarona və təhlükəsizlik naziri Patrisiya Bullrix tərəfindən dəstəklənib. Qanunun məqsədi azyaşlıların kütləvi şəkildə mütəşəkkil cinayətə cəlb olunması fonunda cəzasız qalmamalarıdır.
“İndiki gəncləri 40 il əvvəlki gənclərlə müqayisə etmək olmaz. Yeni qanun ölkəmizin rifahı üçün əsas problemlərdən biri olan yetkinlik yaşına çatmayanlar arasında cinayətkarlığın artması ilə mübarizə olacaq”, - deyə Ədliyyə Nazirliyindən bildirilib.
Qeyd olunur ki, 2023-cü ildə azyaşlılar 2,2 minə yaxın cinayət törədiblər.